Dünyada » Vəhabilər sufilərin məscidini partlatdı (Foto)
Dünən gecə saatlarında Pakistanda sufilərin məscid türbəsində "Taliban" tərəfindən terror aktı törədilib.
İslam-Azeri.az internet qəzetinin Pakistanın "Davn" xəbər portalına istinadən verdiyi xəbərə görə, Pakistanın Lahor şəhərində sufilərin övliya kimi saydıqları Səyid Əbdül Həsən bin Osmanın türbəsində kamikadze terrorçular terror aktı törədib.
İlkin məlumatlara görə, hadisə zamanı 40 nəfər ölüb, 170 nəfər iə yaralanıb.
Hüquq-mühafizə orqanları terrorun vəhabilərdən ibarət qruplaşma olan "Taliban" tərəfindən törədildiyini önə çəkiblər.
"Taliban" isə Pakistan polisinin bu açıqlamasını hələ ki, təkzib etməyib.