İran PKK-nın "atəşkəs" çağırışını qəbul etməyərək terror düşərgələrini bombalayıb.
İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə, Suriya və İranın fasiləsiz əməliyyatlarından sonra xilas ola bilmək üçün hər yola baş vuran terror təşkilatı PKK-nın İrana "atəşkəs" təklifi rədd edilib.
İran ordusu Qəndil dağı başda olmaqla İraqın şimalındakı terror düşərgələrinə zərbələr endirib.
Əməliyyatlar zamanı 7 terrorçu məhv edilib, çox sayda terrorçu yaralı olaraq ələ keçirilib.
PKK-ya məxsus silah anbarları dağıdılıb.
Əməliyyatların davam etdiyi bildirilib.