Pakistan İrana qarşı sanksiyalara qoşulmağa hazırdır. Bu barədə Pakistanın baş naziri bildirib.
Pakistan beynəlxalq öhdəlikləri yerinə yetirəcək və “istənilən ölkəyə qarşı beynəlxalq məhdudiyyətlərə” qoşulacaq. Bunu Pakistanın baş naziri Yusuf Rza Gilani keçirdiyi mətbuat konfransında bəyan edib. O, rəsmi İslamabadın İrana qarşı sanksiyalara münasibəti ilə bağlı suala cavabında deyib ki, Pakistan beynəlxalq ictimaiyyətin üzvü kimi istənilən beynəlxalq sanksiyalara qoşulmağa hazırdır.