Səudiyyə rəsmisi dünən yayılan xəbəri təkzib edib.
İslam-Azeri.az internet qəzetinin "Kanal24"ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı nümayəndəsi Məhəmməd Bin Nəvəf "Times" qəzetinin dünən yaydığı xəbərin həqiqətlərə uyğun olmadığını önə çəkərək deyib: "Səudiyyə İsrailə öz hava sahəsindən istifadə etməklə İran İslam Respublikasına hava zərbələri endirməyə imkan verməyəcək. Bu Krallığın xarici və daxili siyasətinə ziddir".
Qeyd edək ki, dünən Britaniya KİV-i tərəfindən yayılan məlumata görə Səudiyyə Ərəbistanı İsrailin hərbi təyyarələrinə ölkənin şimalında hava dəhlizi vermək qərarına gəldiyini yazmışdı.