İnqilab Gözətçiləri Dəniz Qüvvətlərində Vəliyyi Fəqihin nümayəndəsi olan Höccətül İslam Əli Şirazi, inqilab Gözətçiləri Dəniz Qüvvətlərinin Qəzza yardım gəmilərini bütün gücüylə qorumağa hazır olduğunu elan etdi.
İsra.Az saytının ABNA-ya istinadlı xəbərinə görə, İnqilab Gözətçiləri Dəniz Qüvvətlərində Vəliyyi Fəqihin nümayəndəsi olan Höccətül İslam Əli Şirazi, inqilab Gözətçiləri Dəniz Qüvvətlərinin Qəzza yardım gəmilərini bütün gücüylə qorumağa hazır olduğunu elan edərək, məqsədlərinə çatmamaları üçün düşmənləri dünyanı əhatə edən bir hərəkatla qarşı-qarşıya gətirmək lazım olduğunu söylədi.
Sionist rejiminin Qəzza yardım gəmisinə istiqamətli reallaşdırdığı hücuma işarə edən Höccətül İslam Əli Şirazi, namərdcəsinə edilən bu hücumdan sonra məzlum və müdafiəsiz Qəzza xalqını müdafiə etmənin İran İslam Respublikasının öz vəzifəsi bildiyini açıqladı.
Höccətül İslam Şirazi, Sionist rejiminin vəhşi hərəkətlərinə qarşı İran İslam Respublikasının bütün dünyanı səfərbər etməsi lazım olduğunu ifadə edərək, “Qəzza yardım gəmilərini bütün gücüylə qorumaq mövzusunda İnqilab Gözətçiləri Dəniz Qüvvətləri, ümumi komandirin əmrini gözləməkdədir” – dedi.