Yaxın şərq » Qəzzaya gedən gəmiləri Sepah qoruya bilər

İslam-Azeri.az internet qəzetinin "Mehr Nyus"a istinadən verdiyi xəbərə görə, bu barədə İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin İslam İnqilabının Keşikçilər Korpusunun Hərbi Dəniz Donanmasındakı nümayəndəsi Höccətülislam Əli Şirazi belə deyib.

Onun sözlərinə görə Qəzza xalqına yardım etmək və onları qorumaq İslam Respublikasının vəzifəsidir.

Höccətülislam Əli Şirazi sözlərini belə davam edib: "Qəzzaya yardım donanmalarını bütün gücüylə qorumaq üçün İslam İnqilabının Keşikçilər Korpusunun Hərbi Dəniz Donanması ali baş komandanın əmrini gözləməkdədir".

Islam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!