İran prezidenti Mahmud Əhmədinejad suriyalı həmkarı Bəşər Əsədlə telefon söhbəti zamanı İsrailin ciddi şəkildə cəzalandırılmalı olduğunu qeyd edib.
İslam Respublikasının prezidenti İsrail əsgərlərinin “Azadlıq donanması”na hücumunu pisləyərək bu cinayətin təkcə Fələstinə qarşı yönəlmədiyini bildirib.
Mahmud Əhmədinejad qeyd edib ki, gəmilərin ələ keçirilməsi İsrailin fəallara qarşı yeganə təcavüz halı deyil.
ANS TV