Qəzzada hakimlik edən "HƏMAS" lideri İsmail Haniyə, İsrail hərbiçilərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumunu qınayıb.
İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Haniyə, İsrailin, "Rotamız Fələstin Yükümüz Humanitar Yardım" kampaniyası daxilində Qəzzaya humanitar yardım aparan 6 gəmilik karvana İsrailin əməliyyatını "zalımcasına bir hücum" olaraq dəyərləndirib.
Haniyə, mətbuata verdiyi açıqlamada, "BMT baş katibi Ban Ki Munu, bu gəmilərdə olan həmrəylik qruplarını qorumaq və Qəzzaya etibarla gəlmələrini təmin etmək mövzusunda məsuliyyətlərini boynuna götürməyə çağırırıq" deyib.