Dünyada » Obama yeni müharibə əmri verdi

ABŞ prezidenti Barak Obama hərbi rəhbərliyə yeni müharibəyə hazırlaşmaq əmri verib.

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, o, komandanlığa Cənubi Koreyadakı həmkarları ilə bir yerdə Şimali Koreyanın mümkün təcavüzünə qarşı fəaliyyət planını müzakirə etməyi tapşırıb. Ağ Evin mətbuat xidməti müharibə halında ABŞ və Cənubi Koreya rəhbərliyinin sıx əməkdaşlıq edəcəklərini vurğulayıb.

Qeyd edək ki, Obama bundan əvvəl Vaşinqton və Pxenyan arasında müxtəlif sahələrdəki münasibətlərin dəyişəcəyini vurğulayıb. Buna Şimali Koreyanın Cənubi Koreyanın “Çxonan” hərbi gəmisini torpeda ilə vurması və bundan sonrakı hədələr səbəb olub. Həmin hücum nəticəsində 46 hərbçi həlak olub.

Artıq Cənubi Koreya Şimali Koreya ilə bütün ticarət əlaqələrini kəsib, bütün proqramları dayandırıb və bu ölkənin istənilən gəmisinin Cənubi Koreyanın ərazi sularına girməsinə qadağa qoyub. Seul BMT-dən hərbi gəminin vurulmasına görə Pxenyanı cəzalandırmağı da tələb edəcək.

Pxenyan isə bildirib ki, yeni sanksiyalara tam həcmli müharibə ilə cavab verə bilər.

LENT.AZ

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!