Yaxın şərq » Əsl sionist siyasəti – şantaj

İsrail prezidenti Şimon Peres sionistlərin işğal etdikləri Colan yüksəkliklərini tərk etməyə hazır olduqlarını bildirib.

İslam-Azeri.az İnternet qəzetinin sionist KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Peres Suriya prezidenti Bəşər Əsədə Rusiya prezidenti Dmitri Medvedev vasitəsi ilə ünvanlandığı məktubda yazıb.

O bildirib ki, sionistlər işğal etdikləri Colan yüksəkliklərini Suriyaya qaytara bilərlər. Amma bunun müqabilində rəsmi Dəməşq İran, “Hizbullah”, HƏMAS və digər müqavimət təşkilatları ilə əlaqələrinə son qoymalıdır.

Əsəd sionist prezidentin bu təklifinə rədd cavabı verib. Dövlət başçısı qeyd edib ki, “İsrail sülh axtarışında deyil”.

İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!