“ABŞ ordusunun 2011-ci il 31 dekabrda İraqı tərk etməyəcəyi təqdirdə “Mehdi Ordusu” yenidən fəaliyyətə başlayacaq”.
İslam-Azeri.az internet qəzetinin İraq mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla “Sədr” qrupunun rəsmilərindən olan Səlah Əl Ubeydi açıqlama verib.
Onun sözlərinə görə, ABŞ işğalı davam etdirəcəyi təqdirdə, müqavimət və silahlı mübarizədən başqa onların çıxış yolu qalmayacaq.
Qeyd edək ki, 23 aprel tarixində Sədr hərəkatı İraq ordusu və polisinə keçmiş “Mehdi Ordusu”nun döyüşçülərinin köməyindən istifadə etməyi təklif etmişdi.