Əhmədinecad “ABC” televiziyasının müxbirinin Ben Ladenin İranda olduğuna dair qəsdən soruşduğu sualının cavabında “Ben Laden Vaşinqtondadır. Çünki onun Corc Buşla yaxşı əlaqələri var idi. Heç bir zaman İranla çalışmadı ki” -dedi.
İsra.Az saytının xəbərinə görə, Əhmədinecad, BMT-nin “NPT”ni nəzərdən keçirmə iclası üçün New Yorka etdiyi səyahəti daxilində Amerikan “ABC” televiziyası üçün verdiyi reportajda da təəccüblü nöqtələrə toxundu.
Respublika başçısı Əhmədinecad “əl-Qaidə” terror təşkilatı lideri Usamə Ben Ladenin İranda olduğu şəklində qəsdən yönəldilən bir suala cavabında “Xeyr, Ben Laden Vaşinqtondadır. Çünki o ABŞ-ın sabiq başçısı Corc Buşla çox yaxşı əlaqələrdə idi. Onlar neft sahəsində birlikdə çalışırdılar. Ben Laden heç bir zaman İranla çalışmadı ki” – qarşılığını verdi.