Orta şərq » Əhmədinejad: “İran sanksiyalara qarşı sinə gərəcək”
İranın prezidenti Mahmud Əhmədinejad

İran prezindeti Mahmud Əhmədinejad Nyu-Yorkda BMT Nüvə Tərksilahı Konfransında çıxışı zamanı bildirib ki, əgər sanksiyalar tətbiq edilərsə, İran buna qarşı dayana biləcək, – Deyerler.org xəbər verir.

“Sanksiyalar bizi saxlaya bilməz. İran, Birləşmiş Ştatlar və onun müttəfiqlərinin təzyiqlərinə dözə bilər. Biz, bu sanksiyalara şad olmasaq da, onlardan qorxmuruq. Biz bu sanksiyalara qarşı sinə gərəcəyik və bu problemi həll edə bilərik. Sanksiyalar, heç bir zaman bizim atom enerjisindən dinc məqsədlərlə istifadə hüququmuzu reallaşdırmağımzın qarşısnı ala bilməz”, – deyə prezident vurğulayıb.

Bununla yanaşı İran prezidenti qeyd edib ki, Şimali Koreyadan fərqli olaraq, İslam Respublikası Nüvə Silahlarının Yayılmaması haqqında Razılaşmadan çıxmaq fikrində deyil.

O həmçinin bildirib ki, İran müharibədən qorxmur və ona hücum edə biləcək hər bir kəsə layiqli cavab verməyə hazırdır. Eyni zamanda Əhmədinejadın sözlərinə görə, əgər İsrail rejimi Yaxın Şərqdə müharibəyə başlayarsa, bu, onun sonu olacaq. “Yeni müharibənin başlanılması İsrail rejiminin sonu olacaq. Sionistlərin həm Livan, həm Suriya və həm də Qəzzada qalib gəlmək şansları sıfırdan da aşağıdır. Bu – son müharibə olacaq və bu – son olacaq”, – deyə İran prezidenti əlavə edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!