Press-az.com saytının verdiyi məlumata görə,dünya bazarında neftin qiyməti qeyri-sabit olaraq qalır. Nyu-York birjasında “Layt” markalı “qara qızıl”ın bir barelinin qiyməti 3 dollar 97 sent ucuzlaşaraq, 48 dollar 41 sent olub. London birjasında isə “Brent” markalı neftin bir barelinin dəyəri 47 dollar 99 sentə satılıb. Ekspertlər “qara qızıl”ın qiymətinin ucuzlaşmasını dünyada dolların məzənnəsinin möhkəmlənməsi ilə əlaqələndirirlər.