Orta şərq » İran prezidenti ABŞ-a gedib

Bu barədə İran mətbuatı məlumat yayıb

İslam-Azeri.az internet qəzetinin "Tabnak" saytına istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad BMT-nin "Nüvə silahlarından istifadə edilməməsi" haqqında iclasında iştirak üşün Nyu Yorkda səfərdədir.

Səfəri ərəfəsində çıxış edən İran prezidenti ABŞ-ın terrorçu təşkilatlara yardım etməsinə aid sübutların olduğunu önə çəkərək deyib: "ABŞ yeganə ölkədir ki, hərbi münaqişədə atom silahından istifadə edib. Həmçinin Ağ Ev administrasiyası İraqda da bu silahdan istifadə etmək istəklərini etiraf ediblər".
İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!