Yaxın şərq » "İsrailin dostları da xüsrana düşəcək"

Livan "Hizbullah" hərəkatının lideri Seyyid Həsən Nəsrullah dünən Beyrutun cənubunda Müqaviməti müdafiə edən bir heyətlə görüşüb.

Islam-Azeri.az internet qəzetinin "Yaxın Şərq Xəbərləri" mərkəzinə istinadən verdiyi xəbərə görə, görüşü əsnasında müxtəlif mövzulara toxunan Seyyid Həsən Nəsrullah ABŞ və İsrailin "Suriya Hizbullaha Skud raketləri verib" iddiasına belə münasibət bildirib: "Müqavimət, Skud raketləri ilə əlaqədar xəbərləri təsdiqləmək və ya yalanlamaq məcburiyyətində deyil. Siz, (ABŞ və İsrail) Suriyanın Hizbullaha Skud raketləri verdiyini iddia edirsiniz, buna dəliliniz nədir? Sizin heç bir dəliliniz olmadığına görə Suriya da bu xəbəri yalanladı".

Bölgədə yeni döyüşün olacağına da münasibət bildirən "Hizbullah" lideri sözlərini belə davam edib:"Əgər "böyük güclər", bölgə üçün böyük siyasi planlar nəzərdə tutursa bu vəziyyətdə yeni bir döyüşün başlaması mümkündür; ancaq bölgədə belə bir plan hələ ki, yoxdur".

Seyyid Həsən Nəsrullah Müqavimətin hər cür silah əldə etmək hüququna sahib olduğunu qeyd edərək deyib: "Biz bu silahları öz xalqımızı müdafiə etmək üçün istəyirik. Bu xərçəng şişi xalqımızı təhdid edir. Livanı və xalqımızı qorumaq üçün nə vaxt lazım olsa silahlarımızı istifadə edəcəyik".

Çıxışında İsrailli liderlərə səslənən "Hizbullah" lideri raketlərlə bağlı xəbərləri ortaya atmaqla öz əleyhlərinə iş gördüklərini deyib.

O sözünü belə davam edib: "Skud raketləri mövzusunda ortaya atdığınız iddialar, sizin əleyhinizə işlədi; çünki bu Təl-Aviv və Beer Səbada İsraillilərin qorxutdu və onlara psixoloji gərginlik yaratdı." dedi.

Sözlərinin sonunda "Hizbullah" hərəkatının lideri Seyyid Həsən Nəsrullah müqavimətin hər gün daha inkişaf etdiyini və İsrail qarşıasında möhkəm durduğunu önə çəkərək deyib: "İsrail çox yaxşı bilir ki, "Hizbullah" yeni nəsil silahlara sahib olduqca, İsrail rejimi bölgədə varlığı sual altına alınır. Həmçinin raketdən müdafiə sistemləri əldə etdiyimzidən sonra İsrail qırıcıları da rahatcaLivanı bombalamağa cürət etməyəcək. İsrail əvvəlki İsrail olsada, Müqavimət hər gün daha güclüdür. Yeni müharibə isə bölgənin xəritəsini dəyişəcək və dostlarının xüsrana düşəcəyi dəhşətdə olacaq".
İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!