İranın öndə gələn böyük alimlərindən olan Ayətullah Məkarim Şirazi, İran İslam Respublikasının nüvə silah əldə etməklə bağlı ittihamlara toxunaraq, “İran heç bir ölkəyə hücum etmək niyyətində deyil” -dedi.
İsra.Az saytının istinadlı xəbərinə görə, Beynəlxalq Qızıl xaç təşkilatının Yaxın Şərq nümayəndəsi ilə görüşən İslam aləminin qabaqda gələn böyük alimi Ayətullah Məkarim Şirazi, Qızılxaçın dünyada bir çox müsbət iş gördüyünü amma bunun hələ də kafi olmadığını ifadə etdi.
Ayətullah Məkarim Şirazi, Qızılxaç təşkilatının bundan belə də harada bir problem və çətinlik varsa köməkçi olmağa davam etməsini xahiş etdiklərini, digər tərəfdən İslam dini ilə beynəlxalq müqavilə və razılaşmalar arasında bir çox bənzərlik olduğunu və İslam təlimini bunlara əlavə etmək mümkün olduğunu vurğuladı.
İslam inqilabı rəhbəri Ayətullah Seyid Əli Xameneinin nüvə silahı İslam dinində haramdır ifadəsinə də toxunan Ayətullah Məkarim Şirazi, bu görüşün İslamın bütün məzhəblərinin qəti və ortaq fikiri olduğunun vurğuladı.
Ayətullah Məkarim Şirazi, İran İslam respublikasının nüvə silah əldə etməklə ittiham olunmasına da toxunaraq ən başda İranın kütləvi qırğın silahları əldə etməkdən necə bir məqsəd güddüyünü düşünmək lazım olduğunu, halbuki İranın qətiliklə heç bir ölkəyə hücum etmək niyyətində olmadığını və heç kimin bir qarış torpağına belə göz dikmədiyini, İran İslam respublikasının qərblilərin iddialarının əksinə yerinə oturmuş bir dövlətə sahib olduğunu vurğuladı.