Dünyada » Afinada məscid tikintisi başlayır

Məsciddə 500 nəfər ibadətlə məşğul ola biləcək

Yunanıstanın paytaxtı Afinada məscid tikintisinə icazə verilib. Hökumətin sözcüsü Yorqos Petalotis 2006-cı ildə verilən və məscid tikintisini nəzərdə tutan qərarın dərhal həyata keçirilməyə başlayacağını açıqlayıb.
Məscid Afinanın Votanikos istiqamətində yunan dəniz qüvvələrinə aid ərazidə inşa ediləcək. Burada eyni anda 500 nəfər ibadətlə məşğul ola biləcək. İbadət ocağının tikintisi üçün lazımi vəsait yunan dövləti tərəfindən ödəniləcək. Xarici ölkə və ya özəl qurumların yardımları isə qəbul edilməyəcək.

Qeyd edək ki, Afina Avropada məscidi olmayan yeganə paytaxt şəhəridir. Minlərlə müsəlman ibadətini evlərində və ya xüsusi salonlarda yerinə yetirir.

Şəhərdə məscidin tikilməsi bəzən kilsənin sərt etirazı, bəzən isə hökumətin qərar verməkdə çətinlik çəkməsi üzündən uzun illər təxirə salınıb.

Son olaraq məscid məsələsini mayın ikinci ongünlüyündə Yunanıstana səfəri planlaşdırılan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan gündəmə gətirmişdi.

ANS

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!