HƏMAS-ın hərbi qanadı olan “İzz əd-Din əl-Qəssam Briqadaları”nın nümayəndəsi İsrailə xəbərdarlıq edib.
İslam-Azeri.az İnternet qəzetinin FİM-ə istinadən verdiyi xəbərə görə, mücahidlər bəyan ediblər ki, sionistlər əsir götürülmüş Gilad Şaliti fələstinli dustaqlarla dəyişmək təklifinə müsbət rəy bildirməsələr, onu yəhudi pilot Ron Aradın aqibəti gözləyir (Arad 1986-cı ilin oktyabrında Livanda əsir götürülüb və onun aqibəti hələ də müəmmalı olaraq qalır).
Bəyanatda qeyd edilir ki, sionistlər hələ Şaliti sağ görmək şansına malikdirlər. Mücahidlər İsrail zindanlarında olan qardaşlarını azad etmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.
İslam-Azeri.az