Birləşmiş ştatların müdafiə nazirinin “Nüvə gücünə sahib olan İranın öhdəsindən gələcək planımız yoxdur” etirafı Obama administrasiyasını çətin vəziyyətə salıb.
İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə naziri Robert Geytsin “Nüvə gücünə sahib olan İranın öhdəsindən gələcək planımız yoxdur” xəbərdarlığından sonra “yeni variantlar” tapmaq üçün səfərbər olub.
Robert Geytsin Ağ Evə göndərdiyi hesabatda ölkəsinin İranın nüvə proqramıyla başa çıxa biləcək uzun vədəli məntiqə uyğun bir planı olmadığı mövzusunda xəbərdarlıq etdiyi bildirilib.
“New York Times”in xəbərində Geytsin Yanvar ayında Ağ Evə üç səhifəlik məlumat qeydi göndərdiyi və bu qeydlə Pentaqon, Ağ Ev və kəşfiyyat təşkilatlarının İranla əlaqədar yeni variantlar çıxarmaları mövzusundakı səylərini artrdığı deyilir.
R. Geytsin qeyddə İranın nüvə enerjisinə sahib olmanın eşiyinə gəldiyi indiki durumda ABŞ-ın İslam Respublikasına veriləcək qarşılıqla əlaqədar bir planı olmadığını etiraf etdiyi qeyd edilib.
Ordu günündə güc nümayişi.
İranda təşkil edilən müxtəlif mərasimlərlə qeyd olunan Ordu günü, Tehran rəhbərliyinin güc nümayişinə çevrilib. İran prezidenti Mahmud Əhmədinejadın da iştirak etdiyi Tehrandakı parada quru, hava, dəniz qüvvətləri ilə yanaşı xüsusi təlim keçmiş batalyonlar qatılıb. Kamuflyaj geyimli əsgərlərin iştirak etdiyi paradda, yüngül və ağır hərbi texnika sərgilənib. Mərasimdə orta və uzun mənzilli balistik raketlər ağır tonajlı vasitələr nümayiş olunub.
İslam-Azeri.az