İsrail prezidenti Şimon Perez tərəfindən ortaya atılan iddiaya görə Suriya rəhbərliyi Livan İslami müqavimət hərəkatı Hizbullaha uzun mənzilli “Scud” raketləri verdi.
İsra.Az saytının istinadlı xəbərinə görə, Perez tərəfindən ortaya atılan iddia Amerikan rəhbərliyi tərəfindən də qorxuyla qarşılandı.
Şam rəhbərliyinə Amerikan rəhbərliyinin qayğılarını çatdırdığını ifadə edən Ağ Ev spikeri Robert Gibbs, bu vəziyyətin İsraili təhlükəyə salacağının vurğuladı.
Digər tərəfdən Amerika Xarici işlər nazirliyi spikeri P. J. Crowley də Hizbullaha nə növ olursa olsun raket verilməsinin Livanı böyük bir təhlükəyə atacağını iddia etdi.
İsrail, ABŞ və imperialist müttəfiqlər qarşısında qorxulu röya halına gələn Livan İslami müqavimət hərəkatı Hizbullah, bu torpaqlarda varlığı xalqdan aldığı dəstəklə qorumağa bütün gücüylə davam edir.