Orta şərq » İran prezidenti hər uşağa 1000 dollar vəd etdi

İran prezidenti Mahmud Əhmədinejad ölkə vətəndaşlarını dünyaya daha çox övlad gətirməyə çağırıb.

Milli.Az xəbər portalı Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Mahmud Əhmədinejad dövlət televiziyası ilə çıxışında bəyan edib ki, doğulan hər uşaq üçün bankda hesab açılacaq və həmin hesaba 1000 dollar köçürüləcək. İran prezidenti ölkədə mövcud olan “2 uşaq bəsdir” anlayışını tənqid edib. Onun fikrincə, bu, Qərb ölkələri tərəfindən irəli sürülmüş yanlış anlayışdır.

M.Əhmədinejadın sözlərinə görə, Qərb ölkələri dünyaya daha az uşaq gətirilməsi ideyasından peşman olub və əhali artımı üçün ailələrə maliyyə yardımı etməyə başlayıblar: “Onlar əhalinin artımına nəzarətdən xoşbəxtmi olublar ki, biz də bu ideyanı davam etdirək?” İran prezidenti vəd verib ki, doğulan hər uşağın adına açılacaq bank hesabına hər il müəyyən midarda vəsait köçürüləcək. Bundan başqa, hər ay uşaqlara azı 20 dollar vəsait ayrılacaq. Ailələr isə yalnız müstəsna hallarda bu hesaba müdaxilə edə biləcəklər. Prezidentin sözlərinə görə, hökumətin məqsədi gənclərin gələcəyini təminat altına almaqdır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!