İraqda Sədr tərəfdarları bir çox yerdə ABŞ-ın İraqı işğal etməsinin ildönümü münasibətilə mitinqlər təşkil ediblər.
İslam-Azeri.az internet qəzetinin "ZaqrosTV"yə istinadən verdiyi xəbərə görə aksiyaların birində Xazim Əl Ərəci Seyyid Müqtəda Sədrin bəyanatını oxuyub.
Bəyanatda şiə və sünni, həmçinin istər çoxluq istərsədə azlıq təşkil edən millətlərin İraqı işğaldan azad etmək üçün birləşməyə çağırılır.
Sədr ölkədə vəhdətdən sonra ABŞ-ın işğalçı siyasətini azaltdığını və hazırda onların qovulmasının vaxtının çatdığını bildirir.
Qeyd edək ki, Müqtəda Sədr hal hazırda İranın Qum şəhərində təhsilini kamilləşdirməkdədir.