Dünyada » "Məscid" hədəfdə

İngiltərə ordusunun atış təlimlərində məscid şəklində hədəf taxtalarından istifadə olunur. Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə məlumat “İndependent” qəzetində dərc olunub. Qəzetin məlumatına görə, Şimali Yorkşirdə yerləşən təlim meydançasındakı yaşıl damlı məscidə bənzər hədəf taxtalarından İngiltərə ordusunun Əfqanıstan təlimləri üçün istifadə olunur. Bu, ölkədəki müsəlman icmasının ciddi etirazlarına səbəb olub.

“İndependet” qəzeti İngiltərədəki “The Bradford Council for Mosques” (BCM) adlı müsəlman dərnəyinin mövzu ilə bağlı mövqeyinə də yer verib. Dərnəyin nümayəndəsi bildirib ki, müsəlman icması ilə ordu arasında münasibətlər pisləşib və ordunun atdığı addım təəssüfə səbəb olub: “Bu, məscidlərin potensial təhlükə yaratdığına inanıldığını göstərir. İngiltərə ordusu məscidlərdən hədəf taxtası kimi istifadə etməklə əsgərlərə yanlış mesajlar verir”.

İngiltərə ordusunun təmsilçisi isə müsəlman icmasında yaranan narahatlığa görə üzr istəyib: “Bu cür atış taxtalarını məscidə bənzətmək kimi məqsədimiz olmayıb. Sadəcə olaraq, əsgərlərimizin təlimi üçün bənzər əməliyyat şəraiti yaratmağa çalışmışıq”.

“Daily Mirror” qəzeti isə Müdafiə Nazirliyinin müsəlmanlardan üzr istədiyini və müsəlman icmasının rəhbərləri ilə görüş keçiriləcəyini yazıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!