Fələstinin “əl-Minar” jurnalı, Amerikalı xüsusi bir qrupun, Fələstinli immiqrantları bir neçə ölkəyə yerləşdirmə proyektinin tətbiq olunub-olunmayacağını araşdırmaq üçün Səudiyyə Ərəbistanı daxil, bir neçə Ərəb ölkəsinə göndərildiyini yazdı.
İsra.Az saytının “əl-Minar” jurnalına istinadlı xəbərinə görə ABŞ, Fələstinli immiqrantları Ərəb və beynəlxalq sərmayə sayəsində və müəyyən bir büdcəylə dünyanın bir neçə ölkəsinə yerləşdirmə proyektini tətbiqi yollarını axtarır.
ABŞ-ın məqsədi, sionist İsrail tərəfindən vətənləri işğala uğrayan Fələstinliləri; torpaqlarını qurtarmaq məqsədiylə İsraillə döyüşməkdən daşındırıb İsrailə rahat bir nəfəs aldırmaq və işğalın sürməsini təmin edərək qatil İsrailin bu torpaqlara sahiblənməsinə köməkçi olmaqdır.
Eyni xəbərə görə, Amerika dövləti, hələ ABŞ-da olan çox saydakı Fələstinli immiqrantı öz torpaqlarına qəbul etmələri üçün bölgədəki bəzi ölkələrə təzyiq tətbiq edir. Bu məzmunda Kanada və Avstraliya sözügedən immiqrantlardan məhdud bir qrupu qəbul edəcək.
Bəzi diplomatik qaynaqlar da, Səudiyyə Ərəbistanı və Yaponiyadan təmin ediləcək büdcəylə Qərb Şəriyədə Livandakılar daxil Fələstinli immiqrantlardan bir qrupunun yerləşməsi üçün bir çox yeni şəhərlər qurulacağını açıqladılar.
Yenə eyni xəbərə görə ABŞ, nüfuzundan istifadə edərək Fələstinli immiqrant problemini həll edəcəyi yolunda qatil İsrailə gizlicə söz vermişdir.