Livanın Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullah bildirib ki, rəhbərlik etdiyi təşkilat, Livanın keçmiş baş naziri Rafiq Həririnin qətlini araşdıran BMT Beynəlxalq Tribunalı ilə əməkdaşlıq etməyə hazırdır, - Lenta.ru xəbər verir.
Həsən Nsrullah bildirib ki, təşkilatın 12 üzvü, bu iş ilə əlaqədar şahid qismində iştirak etməyə hazırdırlar. Bununla yanaşı o xəbərdar edib ki, diqqətlə istintaqın gedişini izləyəcək və əgər qanunsuzluğa yol verilərsə, dərhal əməkdaşlığı dayandıracaq.
Xatrladaq ki, Livanın eks-baş naziri Rafiq Həriri, 2005-ci il fevralın 4-də terror aktı zamanı həlak olub. 2009-cu il martın 1-də Haaqada bu işin araşdırılması məqsədi ilə BMT xüsusi tribunalı yaradılıb.