Əfqanıstanın cənubunda yerləşən Nəhre Sərray əyalətində terror aktı baş verib. Velosipedə quraşdırılmış bombanın partlaması nəticəsində azı 13 nəfər həlak olub, 8-i azyaşlı uşaq olmaqla 45 nəfər yaralanıb.
Hadisə Pentaqonun ali hərbi rəsmisinin taliblərə qarşı Qəndaharda baş verən partlayışdan sonra əks hücumla bağlı səsləndirdiyi fikirlərdən sonra baş verib. Lakin hücumla bağlı hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.
Partlayışı nativ məhsul proqramının qarşısını almaq üçün narkotik alverçilərinin törətdiyi ehtimal edilir.