Belçika parlamentinin daxili siyasət Komitəsi ölkədə hicabın qadağan edilməsinə səs verib.
İslam-Azeri.az İnternet qəzetinin AP-yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinin qəbul edilməsinə Komitə üzvləri yekdilliklə səs veriblər.
Əgər qanun Parlament tərəfindən təsdiqlənsə, Belçika Avropa ölkələri sırasında hicabı qadağan edən ilk dövlət olacaq.
Belçika Parlamentinin Qanun layihəsi üzrə ümumi səsverməsi aprelin sonlarında keçiriləcək.