![](/up/news/article/Muxtelif/14/thumb_copy_iraqdapartlayish.jpg)
İraqın Kaym şəhərində bir neçə partlayış baş verib.
İslam-Azeri.az İnternet qəzetinin Reyters-ə istinadən verdiyi xəbərə görə, dörd bomba «İnkişaf və islahat» hərəkatının nümayəndəsi Qənim Rədhinin evi yaxınlığında işə salınıb. Bu barədə yerli polisdən bildiriblər.
Nəticədə Rədhi və qardaşı da daxil olmaqla ümumilikdə 6 nəfər həlak olub, daha 15 nəfər isə yaralanıb.