Yaxın şərq » İsrailin yeni hökumətinin tərkibi açıqlanacaq
Bu gün İsrailin yeni hökumətinin tərkibi açıqlanacaq. Koalisiya hökumətinə sədrlik edəcək şəxsin də adı bu gün məlum olacaq. Gələcək baş nazir Benyamin Netanyahu bu posta deputat Zeev Elkinin namizədliyini təklif edib. Zeev Elkin əvvəlki knessetdəki İsrail Ermənistan dostluq qrupunun rəhbəridir və qatı ermənipərəst mövqeyi ilə tanınır. Elkin İsraildə siyasi mövqeyini tez-tez dəyişən siyasətçi kimi də məşhurdur. 2006-cı il seçkilərində Kadima partiyasından deputat olan Zeev Elkin bu seçkilərdə Likud-partiyasından Knessetə seçilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!