Dünyada » AVROPA BİRLİYİ İSRAİLİ TƏNQİD EDİB

Bu gün Avropa Birliyi işğal altında olan Qüdsün şərq hissələrində yəhudilərin məskunlaşdırılması proqramını davam etdirdiyinə görə İsraili tənqid edib.

Bu gün Brüsselə toplaşan Birliyin Xarici İşlər nazirlərinin iclasında qeyd edilib ki, İsrailin bu addımları beynəlxalq ictimaiyyətin regionda sülh cəhdlərini əngəlləyir.
Dünən İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qüdsün şərqində məskunlaşa proqramını dayandırmayacaq.
Netanyahu hazırda Vaşinqtondadır. Onun ABŞ prezidenti Barak Obama ilə görüşü gözlənir. Bu proqramı davam etdiridiyinə görə Vaşinqton da İsraili tənqid edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!