İsra.Az saytının İsrahaber`ə istinadlı xəbərinə görə, Livan kəşfiyyatı, 4 Mossad casusunu həbs etdi.
Livanda yayınlanan Diyar qəzetinin xəbərinə görə həbs olunan agentlər, cinayətlərini etiraf etdilər, Mossad tərəfindən Livan xaricində vəzifələndirildiklərini söylədilər.
Həbs olunan casus şəbəkəsinin evlərində edilən axtarışlarda, Mossada məlumat sızdıra bilmək üçün texnoloji cihazların ələ keçirildiyi açıqlandı.
Həbs olunan casuslardan Cövdət Hoca, 2000-ci ildən etibarən Mossada işləməkdə, Avropadan maşın və parçası idxalı adı altında tez-tez Avropa ölkələrinə getməkdə və Mossad agentləriylə görüşməkdə idi. Hoca, 25 Fevral 2010-da həbs olundu.
Burvu Baracine mühacir düşərgəsi başda olmaq üzrə ətraf bölgələrdəki düşərgələrdən məlumat yığmaqla vəzifələndirilən Mahmud Əhməd Vehbe də 18 Mart 2010-da həbs olundu.
Vehbedən alınan məlumatları İsrailə çatdırmaqla vəzifələndirilən Siman Siman isə 19 Mart 2010-da həbs olundu.
Bir Avropa ölkəsində vəzifələndirilən Bessam Cəmil Yasin isə 15 Martda həbs olundu.