Pakistanın Miranşah şəhərində Amerikaya məxsus pilotsuz aparatın hava zərbələri nəticəsində “Əl Qaidə” liderlərin biri Hüseyn əl-Yəməni öldürülüb. Bu barədə məlumatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndəsi verib.
Əl-Yəməni Əfqanstanın Host şəhərində Amerika hərbi bazasına hücumun təşkilinə görə axtarışda idi. Həmin hücum zamanı terrorçu-kamikadze tərəfindən yeddi MKİ əməkdaşı və İordaniya ordusunun bir zabiti öldürülmüşdü.
ANS