Bu barədə Fələstin mətbuatı məlumat yayıb.
İslam-Azeri.az internet qəzetinin Fələstin KİV-nə istinadən verdiyi xəbərə görə "Fəth" təşkilatından ayrılan və "İmad Muğniyə" briqadası adı ilə Ramallahda fəaliyyət göstərən mücahidlər dünən Mahmud Abbasın igamətgahı qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları onların əllərindən alınan silahları tələb ediblər.
"İmad Muğniyə" briqadasının Ramallahdakı üzvləri bu silahlarla Qüdsü müdafiə edəcəklərini və İsrail əsgərlərinə ağır zərbələr endirəcəklərini bildiriblər.
"İmad Muğniyə" briqadasının yaydığı bəyanatda ümumilikdə döyüşmək qərarına gəlindiyi açıqlanıb.
"İzəddin Əl Qəssam" briqadası da İsrailə qarşı döyüşə hazırlaşdığını açıqlayıb.
Qeyd edək ki, artıq üçüncü gündür Qüdsdə İsrail ordusu ilə fələstinlilər arasənda qarşıdurmalar davam edir.
Çoxsayda fələstinli yaralanıb və həbs ediliblər.