ABŞ prezidenti Barak Obama əfqanıstanlı həmkarı Həmid Kərzainin "Taliban" hərəkatı ilə danışıqlar aparılması ideyasına dəstək verib.
"Nezavisimaya qazeta" yazır ki, yaraqlılarla danışıqlara hətta BMT missiyası da qoşulmağa hazırdır. Məhz BMT missiyasının tərəflər arasında vasitəçilik edəcəyi bildirilir.
Məlumata görə, Obama "Taliban"la dialoqa Kərzai ilə telefon danışığında "hə" deyib.
Xatırladaq ki, Kərzai "Taliban"la danışıqların vacibliyini bir müddət əvvəl bəyan edib. Hətta onun hərəkatın liderlərinin həbsinə etiraz etdiyi də söylənilir.
Milli.Az