Dünyada » Hakan Şükür ümrəyə gedib
Türkiyə millisinin veteran futbolçusu jurnalistlərə açıqlama vermək istəməyibTürkiyə milli komandasının və "Qalatasaray" klubunun veteran futbolçusu hazırda TRT kanalında futbol şərhçisi işləyən Hakan Şükür ümrəyə (həcc mövsümü xaricində Məkkəni ziyarət etmək) gedib. Türkiyə mətbuatının yazdığına görə, veteran futbolçunu yola salanlar arasında futbolçunun qardaşı Gökhan Şükür də olub. Həyat yoldaşı Beyda Şükür və yaxın qohumları ilə birlikdə ümrəyə yollanan Hakan Şükür jurnalistlərə açıqlama verməyib. Hakan Şükür Səudiyyə Ərəbistanı Hava yollarının təyyarəsi ilə ümrəyə yola düşüb. Veteran futbolçunun müqəddəs torpaqlarda bir həftə qalacağı bildirilir. /ANS PRESS/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!