Dünyada » “Soyqırım” sədaları indi də İspaniyadan gəldi

İspaniya parlamenti “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin müzakirəsinə hazırlaşır.

İspaniya parlamenti “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin müzakirəsinə hazırlaşır

İspaniya parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini gündəliyə salmaq qərarına gəlib. Təşəbbüsün müəllifləri solçu Kataloniya Respublika Partiyası (ERC,',0), habelə Yaşıllar Partiyasının üç deputatı hesab olunur.

Qeyd edək ki, martın əvvəlində Kataloniyanın qanunverici orqanı səs çoxluğu ilə “erməni soyqırımı”nı tanımışdı. Həmin müzakirənin təşəbbüskarları Kataloniya parlamentin deputatları Mariya Roza Fortuni və Xose Samartini olub.

Kataloniya Muxtariyyətinin prezidenti Xose Montilya isə Kataloniya parlamentinin “soyqırım” layihəsini tanımasını ağılsız addım adlandırıb. O, Türkiyədən katalon parlamentinin bu addımına görə üzr istəmişdi.

İspaniya hökuməti isə bəyan edib ki, Kataloniya Muxtariyyətinin parlamentinin qərarı ölkə hökumətinin mövqeyini əks etdirmir.

ANS

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!