Dünyada » ABŞ, İsrailə beyətini təzələdi

ABŞ prezidenti Barak Obamanın Köməkçisi Biden, İsraili dünya səviyyəsində təcrid etməyə yönəlmiş səylərin olduğunu və ABŞ-ın hər vaxt İsraili müdafiə edəcəyini bildirib.

İslam-Azeri.az İnternet Qəzetinin "Kanal 7"-ə istinadən verdiyi xəbərə görə, Yaxın Şərqdə "sülhü bərpa" etməyə gedən ABŞ prezidenti köməkçisi Joe Biden, ilk səfərini İsrailə edib.

İsrail səfərində Biden, ABŞ-ın Təl Əvivə tam dəstək verdiyini açıqlayıb.

Biden görüşündə, Benyamin Netanyahuya təriflər yağdırıb.

Prezident köməkçisi, İsrail ilə ABŞ arasında, İsrailin təhlükəsizliyi söz mövzusu olduğunda heç bir fərq qoyulmadığını qeyd edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!