Əfqanıstanda yol kənarına yerləşdirilən bombanın partladılması nəticəsində 3 nəfər həyatını itirib.
İslam-Azeri.az İnternet Qəzetinin Kanal 7-ə istinadən verdiyi xəbərə görə, Qəndaharın cənub-şərqində törədilmiş terror aktında ölənlərin eyni avtomobildə olduğu bildirilir.
Polisin verdiyi məlumata görə, ölənlərdən biri mülkü vətəndaşdır.