Dünyada » Əfqanlıların canı üçün təyin olunan ABŞ qiyməti: 2500 $

İsra.Az saytının Farsnyusa istinadlı xəbərinə görə, ABŞ əsgərləri, Əfqanıstanın Həlmənd əyaləti əməliyyatında Amerikan əsgərləri tərəfindən öldürülən əfqanlı uşaq və ya böyüyün qan bahası olaraq 1500-2500 arası bir məbləğ ödəyəcəklərini açıqladılar.

Kabildəki Farsnyus müxbirinin xəbərinə görə, Amerikalı hərbi səlahiyyətlilər, Əfqanıstanın Həlmənd əyalətində təşkil etdikləri ortaq əməliyyatı əsnasında həyatlarını itirən və ya yaralanalar üçün müəyyən qiymətlər təyin etdiklərini açıqladılar.

Kabildən çap olunan “Sernivişt” (Qədər) qəzeti bu xəbəri verərkən, Əfqanıstan vətəndaşları üçün Amerikan Ordusu tərəfindən təyin olunan qan pulu qiymətlərini bu şəkildə qeyd etdi: “Əgər ölən tərəf, əfqanlı bir uşaq və ya yaşı böyük bir kimsədirsə, (qan pulu olaraq) 1500 ilə 2500 dollar, əgər əli və ya ayağını itirmiş və yaxud yaralanmış isə, 600 elə 1500 dollar, əgər avtomobil və ya bənzəri bir nəqliyyat vasitəsi vasitəsi təxrib olunmuşsa, 500 ilə 2500 dollar ödənəcək.”

Eyni xəbərə görə, Amerikan əsgərlərin Əfqanlıların qan pulu deyə bu şəkildə qiymət təyin etmələri Əfqanıstan xalqı arasında böyük qəzəbə gətirib çıxardı.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!