Yaxın şərq » Seçki nəticələrində Sədrin üstünlüyü var

Bu gün İraqda törədilən terror aktlarına baxmayaraq İraqda parlament seçkiləri baş tutub.

İslam-Azeri.az internet qəzetinin “Əl Ələm”ə istinadən verdiyi xəbərə görə seçkilər 7 saat davam edib.

Nəticələr isə 18 martda elan ediləcək.

Öndə isə Nuri Əl Malikinin Koalisiyası, Müqtəda Sədrin milli alyansı və kürd partiyalarıdır.

Qeyd edək ki, bu gün İraqda törədilmiş İki partlayış nəticəsində, 38 nəfərin ölmüş çox sayda insan xəsarət almışdı.

Terrorları Əl Qaidə terror şəbəkəsi öz üzərinə götürüb.

İlkin nəticələrə görə ABŞ-ın səylərinə baxmayaraq Seyyid Müqtəda Sədrə bağlı seçilmiş deputatların sayı, bu dəfə də az olmayacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!