İrlandiyanın xarici işlər naziri Maykl Martin Qəzzanın blokadasına son qoyulması üçün beynəlxalq ictimaiyyətdən işğalçı İsrail rejiminə daha güclü təzyiq göstərilməsini tələb edib.
İslam-Azeri.az İnternet qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Martin “International Herald Tribune” qəzetindəki müsahibəsində Qəzza səfəri təəssuratları ilə bölüşüb.
O, deyib: “Tam məsuliyyətlə bəyan edirəm ki, Qəzzadakı mövcud durum beynəlxalq insan haqqları baxımından tamamilə dözülməzdir və insanlıq xaricindədir. Qəzzanın blokadasına son qoyulmalıdır, sərhədlər açılmalıdı. Bunun üçünsə İsrailə ciddi təzyiqlər göstərilməlidir”.
İrlandiyanın xarici işlər naziri bildirib ki, Qəzza əhalisinin 80 faizi yoxsulluqdan əziyyət çəkir və dünya ölkələri buna laqeyd qalmamalıdırlar.