Deyerler.org: Fələstinin baş naziri İsmayıl Haniyə bütün fələstinlilərə müraciət edərək, cümə gününü işğal altında olan müqəddəs islami məkanlara dəstək günü kimi qeyd edilməsini istəmişdir.
HƏMAS tərəfindən yazılı müraciət yayılaraq bütün fələstinlilərin cümə günü işğal altında olan müqəddəs məkanlara dəstək məqsədilə meydanlara toplaşmağı tövsiyə olunmuşdur. Bu barədə "dunyabulteni" xəbər verir. Müraciətdə, sionistlərin Həzrət İbrahim məscidi ilə Həzrət Bilal məscidini beynəlxalq tarixi əsərlər siyahısına saldırılmasına qarşı etiraz etmək üçün cümə günü namazdan sonra mitinq keçiriləcəyi qeyd edilmişdir. Və bu mitinqdə bütün fələstinlilərin iştirak edilməsi istənilmişdir. /Deyerler.org/