Yaxın şərq » Nəcəf imam cüməsi :Qlobal imperializm yeni təriqətlər qurur

İslam aləmində yeni təriqətlərin qlobal istikbar tərəfindən qurulduğunu bildirən Nəcəf Cümə namazı imamı Şeyx Sədrəddin, ikinci faktorun da İslamın sürətlə dünyaya yayılması olduğunu ifadə etdi.

Tehranda təşkil edilən 23-cü beynəlxalq İslami vəhdət konfransında yeni yeni ortaya çıxan təriqətlər haqqında məlumat verən Nəcəf Cümə namazı imamı Seyid Sədrəddin, yeni təriqətlərin ortaya çıxışını iki səbəbə bağlı olduğunu bildirdi.

Birinci səbəbin İslamın geniş yayılma sahəsi olduğunu bildirən Seyid Sədrəddin, həqiqətən də bu çağın İslam çağı olduğunu, çünki İslam dininin bütün dünyaya yayıldığını və təbii olaraq müxtəlif məzhəblərin də yayıldığını, düşmənlərin isə bu vəziyyətdən faydalanmağa və İslami cəmiyyətlərə sızmağa çalışdığını qeyd etdi.

İkinci faktorun qlobal istikbar və İslam düşmənlərinin müxtəlif qılıqlarda çoxalması olduğunu vurğulayan Seyid Sədrəddin, düşmənlərin bu məzmunda keçmişdən kommunizm və sosializm kimi düşüncələrlə İslama etiraz etməyə çalışdığını, lakin indi bu taktikaların təsirli olmadığını anladığını və buna görə taktika dəyişdirdiklərini və çaxma təriqətlərlə özlərindən əmr alan satılmış camaat liderləri meydana gətirmək surətiylə bazara, saxta islami qəbul etmələr və hərəkətlər sürməyə başladıqlarını ifadə etdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!