İsra.az internet qəzetinin Farsnews-a istinadən verdiyi xəbərə əsasən İranlı mütəxəssislər, Amerika və qatil İsrailin İraq, Əfqanıstan və Qəzzada məzlum insanlara qarşı istifadə etdikləri fosfor bombalarına qarşı təsirli olan bir dərman növü hazırlayıb.
Fosfor bombalarının yandırıcı təsirinə qarşı insan bədənində müqavimət təmin edən dərmanı inkişaf etdirən İranlı mütəxəssis qrupun lideri Pərvin Bəradəran, fosfor bombalarının son zamanlarda İraq, Əfqanıstan və Qəzza şəridində Amerika və qondarma İsrail və Yəməndə də Səudiyyə ərəbistanı tərəfindən istifadə edildiyini ifadə etdi.
Fosfor bombalarında olan fosforun oksigenlə birləşərək yandığını və beləcə yandırıcı bir maddəyə çevrildiyini bildirən Bəradəran, yanan fosforun istiliyinin 814 dərəcəyə qədər yüksəldiyini və insan bədəninə təmas etdiyində sümüklərə qədər yandırdığını, yandırıcı maddənin su ilə sönmədiyini, inkişaf etdirdikləri dərmanı müdafiə nazirliyində sınadıqlarını və çox müvəffəqiyyətli olduğunun aydın olduğunu, əsgərlərin bu dərmanı bədənləri və paltarlarının üzərinə sürtə biləcəyini ifadə etdi.