Şeyx Nəsrullah, Ərəb dövlətlərinin imperialistlər ilə əməkdaşlığı buraxaraq vətənləri və dinləri üçün mübarizə edən insanların yanında olmaları lazım olduğunu ifadə etdi.
Şeyx Nəsrullah Suriyada reallaşdırılan üçlü zirvənin ABŞa açıq bir xəbərdarlıq mesajı olduğunu söylədi.
Livan İslami Müqavimət Hərəkatı baş katibi Seyid Həsən Nəsrullah Suriyada İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad, Suriya Dövlət Başçısı Bəşar Əsad və bəzi Fələstinli qrupların iştirak etdiyi yığıncağın ABŞın təhdidlərinə açıq bir mesaj olduğunu ifadə etdi.
Etdiyi açıqlamada İran və Suriyanın müqavimət hərəkatlarının arxasında dayandığını ifadə edən Şeyx Nəsrullah, Ərəb dövlətlərinin imperialistlər ilə əməkdaşlığı buraxaraq vətənləri və dinləri üçün mübarizə edən insanların yanında olmaları lazım olduğunu ifadə etdi.
İslam Peyğəmbəri Hz. Məhəmmədin(s) doğum günü ildönümü münasibəti ilə danışma edən Şeyz Nəsrullah, Sionist rejimi Livana hücum etmə nöqtəsində xəbərdarlıq etdi.
Son olaraq Şeyx Nəsrullah, bölünmüş bir İslam dünyasının ən çox düşmənlərinə xeyr verəcəyini ifadə etdi və İslam dünyasını birlik olmağa çağırdı.