Bu gün səhər İraq günə partlayış səsələri ilə başlayıb.
Hadisə İraqın Diyala vilayətinin Bakuba şəhərində baş verib. Səhər saatlarında iki ayrı polis bölməsində və bir xəstəxanada partlayış törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 42 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
İraqın Təhlükəsizlik orqanının əməkdaşları hücumçuların hədəflərinin məhkəmə, xəstəxana və İraq ordusu olduğunu bildirib.
Qeyd edək ki, polis bölməsinə hücum iki ədəd bomba yüklü maşınla, xəstəxanaya isə polis forması geyinərək gələn kamikadzenin özünü partlatması nəticəsində həyata keçirilib. Maraqlıdır ki, partladılan xəstəxana polis bölməsində yaralananların gətirildiyi tibb ocağı olub. /ANS PRESS/