İsrahaberin verdiyi məlumata görə İsrailli Dan Halutz, əlimizə fürsət keçən kimi Nasrullaha sui-qəsd təşkil edəcəyik,söylədi.
Haaretz qəzetinin xəbərinə görə Tel Aviv Universitetində konfransda Halutz, "Nasrullah, üç ildir yeraltında yaşayır. O da çox yaxşı bilir ki əlimizə fürsət keçən kimi ona da sui-qəsd təşkil edəcəyik" dedi.
Fars xəbər agentliyinin bildirdiyinə görə Halutz "İsrail, terroristlərə sui-qəsd təşkil etmək istəməkdə və bunun üçün çalışmaqdadır. Lakin bunda gözlənilən fayda olmaya bilər" demişdi.
Halutz "İsrail, davamlı olaraq terrorist liderlərə sui-qəsd təşkil etmək istəməkdədir. Lakin bunun faydası nə olacaq? Əgər biz Həsən Nasrullaha sui-qəsd təşkil etmiş olsaq yerinə başqa bir Nasrullah gələcək" dedi.
Jerusalem Post qəzetinin bildirdiyinə görə Halutz, ayrıca İyul döyüşü əsnasında Nasrullaha sui-qəsd təşkil etmək istədiklərini lakin bacara bilmədiklərini etiraf etmişdi.