HƏMAS liderlərindən olan Mahmud əl-Məbhuhun Dubayda qətlə yetirilməsi zamanı MOSSAD agentlərinin üçünün saxta Avtsraliya pasportlarından istifadə etməsi faktı bu ölkə rəsmilərini də hiddətləndirib.
Islam-azeri.az-ın xəbərinə əsasən İsrailin bu terrorçu əməlinə cavab olaraq sionist rejimin Kanberradakı səfiri Yuval Rotem Avstraliyanın Xarici İşlər Nazirliyinə dəvət edilib və ondan izahat tələb olunub.
Avstraliya hökumətinin başçısı Kevin Radd bəyan edib ki, bu cinayətin təfərruatlarına aydınlıq gətirmək niyyətindədirlər. O bildirib ki, qatillərin Avstraliya vətəndaşlarının pasportlarından istifadə etmələrindən çox narahatdılar.