İraq yaxın vaxtlarda gün ərzində 10 milyon bareldən artıq neft ixrac etməyi planlaşdırır. Növbəti ildə neft xammalının xaricə tədarük edilməsi məqsədi ilə Fars körfəzində dörd üzən neftdaşıyıcı terminal inşa oluncaq.
Bu barədə İraqın neft sənayesi naziri Hüseyn aş-Şahristani bildirib. Onun sözlərinə görə, neftin orta hasilat səviyyəsi 2009-cu ildə gün ərzində 2,4 milyon barelə çatıb.
“2011-ci ilin ortalarına kimi neftə artan tələbatın həcmini ödəmək üçün körfəz sularında dörd üzən neft daşıyıcı terminal tikəcəyik”, - deyə iraqlı nazir Bəsrədə keçiriləcək mətbuat konfransında söyləyib. Nazir eyni zamanda bildirib ki, neft daşıyıcı terminalların tikintisinə təxminən 500 millyon dollar həcmində sərmayə ayrılıb. Hüseyn aş-Şahristanin sözlərinə görə, terminalların tikintisindən dərhal sonra müharibə vaxtı zərər çəkmiş Bəsrə və Hor-əl-Amaya limanlarında da yenidənqurma işləri həyata keçiriləcək.